Obama "erməni soyqırımı" ifadəsəni işlətməyəcək

10:14 | 22.04.2015
Obama

Obama "erməni soyqırımı" ifadəsəni işlətməyəcək

ABŞ prezidenti Barak Obama aprelin 24-də verəcəyi bəyanatda "erməni soyqırımı" ifadəsini işlətməyəcək.

"Report xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb.

Belə ki, Ağ ev administrasiyasının başçısı Dennis Makdonou və prezidentin milli təhlükəsizlik məsələləri müşavirinin müavini Ben Rods Amerikadakı Erməni Milli Komitəsi nümayəndələrini qəbul ediblər.

Görüşdə Ağ evin təmsilçiləri erməni komitəsinin nümayəndələrinə bildiriblər ki, aprelin 24-də prezident Barak Obama "erməni soyqırımı" ifadəsini işlətməyəcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM