Obama: “Əsəd getməyincə, İŞİD-in məhvi mümkün olmayacaq”

23:42 | 19.11.2015
Obama: “Əsəd getməyincə, İŞİD-in məhvi mümkün olmayacaq”

Obama: “Əsəd getməyincə, İŞİD-in məhvi mümkün olmayacaq”

"Bəşər Əsəd hakimiyyətdən getməyincə, İŞİD-i tam məhv etmək mümkün olmayacaq”.

APA-nın "Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.
 
"Suriyada siyasi nizamlanma olmayınca, terrora qalib gəlmək mümkün olmayacaq. Əsəd hakimiyyətdə olduğu müddətdə isə siyasi nizamlanma mümkün deyil”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd İtaliya mətbuatına müsahibəsində terrorçulara qalib gəldikdən iki il sonra istefaya gedə biləcəyini bildirib. "Terrorçuların əksər rayonlara nəzarət etdiyi müddətdə siyasi nöqteyi-nəzərdən nəticələr əldə etmək mümkün deyil”, - deyə o vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM