Obama Gürcüstan prezidentini təbrik etdi

16:00 | 17.11.2013
Obama Gürcüstan prezidentini təbrik etdi

Obama Gürcüstan prezidentini təbrik etdi

ABŞ prezidenti Barak Obama Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilini inauqurasiyası münasibətilə təbrik edib. ABŞ prezidenti Gürcüstanda seçkilərin sülh və demokratiya şəraitində keçirildiyini vurğulayaraq yeni prezidentə gələcək işində uğurlar arzulayıb. 

Təbrik mətbuabunda Barak Obama Mixail Saakaşvili haqqında da xoş sözlər deyilib. Son 20 ildə Gürcüstanın çiçəklənməsi üçün müxtəlif liderlərin öz töhfələrini verdiyini nəzərə çatdıran Obamanın sözlərinə görə, onların içərisində bundan əvvəlki dövlət başçısı Mixail Saakaşvili və baş nazir Bidzina İvanişvilinin də adı var. Obamanın sözlərinə görə, bu iki liderin Gürcüstanda demokratiya institularının möhkəmlənməsində mühüm rolları olub.

Xatırladaq ki, bu gün Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin inauqurasiya mərasimi keçiriləcək. Mərasimə keçmiş prezident Mixail Saakaşvili də dəvət olunsa da o, iştirakdan imtina edib. Andiçmə mərasimində təxminən 40 ölkədən olan nümayəndə heyətlərinin iştirakı gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM