DÜNYA 08.12.2013 13:36 23
ABŞ prezidenti Barak Obama Tehranın Cenevrə sazişinə əməl etməyəcəyi təqdirdə İrana qarşı tətbiq edilən sanksiya rejimini sərtləşdirəcəyinə söz verib.
“Biz sanksiya rejimini zəiflətmirik, sadəcə Tehran üçün kiçik bir pencərə açırıq. Əgər İran yaxın 6 ay ərzində bu sazişə (“altılıq” qrupundakı BMT TŞ-in 5 daimi üzvü və Almaniya ilə Cenevrədə əldə olunan saziş) əməl etmək istəmədiyini nümayiş etdirsə, biz yenə də sanksiyalara qayıdacağıq”, deyə Obama bəyan edib.
APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, ABŞ prezidentinin sözlərinə görə, İrana qarşı tətbiq olunan sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir edib. “İran iqtisadiyyatının həcmi keçən il 5 faizədək azalıb. Bizim tətbiq etdiyimiz sanksiyaların nəticəsində Tehranın neft ixracından əldə etdiyi gəlir təxminən 2 dəfə azalıb”, deyə Obama əlavə edib.
Qaynarinfo