ABŞ prezidenti Barack Obama deyir ki, İranla çərçivə nüvə anlaşması Tehranın nüvə silahı hazırlamasını əngəlləmək və Yaxın Şərqə təhlükəsizlik gətirmək üçün "həyatda bir dəfə ələ düşən imkandır”.
Obama aprelin 5-də "The New York Times” qəzetinə müsahibəsində deyib ki, sərt iqtisadi sanksiyaların yumşaldılması əvəzində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan sazişin potensial faydası risklərdən qat-qat çoxdur.
İranla dünyanın 6 fövqəldövləti aprelin 2-də İsveçrədə çərçivə sazişi əldə ediblər. Yekun saziş isə iyunun 30-dək tamamlanmalıdır.
Obama deyib ki, İsrailin İranın nüvə proqramından narahat olmaq hüququ var, ancaq Vaşinqtonun "İsraili müdafiə siyasəti dəyişməz qalır”.
Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !