ABŞ prezidenti Barak Obama İran hakimiyyətinə məxfi məktub göndərib.
"Report" xəbər verir ki, bu haqda Tehranda çıxan "Həmşəhri" qəzeti məlumat yayıb.
İran parlamenti Rəyasət Heyətinin üzvü Mehrdad Bazrpaş faktı təsdiqləyib. O bildirib ki, məktubu ölkə rəhbərliyinə İranın qonşusu olan dövlətin nümayəndəsi çatdırıb. Onun sözlərinə görə, məktub İranın nüvə probleminə həsr edilib.
Qəzet ehtimal edir ki, məktubu İran hakimiyyətinə İraqın baş naziri Heydər əl-İbadi çatdırıb.
Məsələ ilə bağlı başqa məlumat əldə etmək mümkün olmayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !