Müvafiq məktubu dövlət başçısı konqres rəhbərliyinə yollayıb, Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
"İran hakimiyyətinin müəyyən fəaliyyət və siyasəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə yaratmağa davam edir. Bu səbəbdən də 1995-ci il 15 mart tarixli sanksiyalar 2015-ci ilin 15 mart tarixindən sonra da qüvvədə qalmalıdır” - məktubun mətnində deyilir.
Daha öncə Obama konqresi nüvə proqramının saxlanılmasına dair danışıqlar getdiyi müddət ərzində İrana qarşı əlavə sanksiyaların təklif edilməsindən imtina etməyə çağırırdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !