ABŞ prezidenti Barak Obama İranın BMT-dəki yeni səfirinin ölkəyə buraxılmamasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, layihəyə əsasən, terrorçu kimi ifşa edilmiş şəxslərin ABŞ ərazisinə daxil olub Nyu-Yorkda yerləşən BMT-da xidmət göstərməsi qadağan olunur.
Xatırladaq ki, İranın BMT Daimi nümayəndəliyinin rəhbəri təyin edilmiş Həmid Əbutalibinin 1979-cu ildə Tehrandakı ABŞ səfirliyi əməkdaşlarını girov götürmüş tələbə qrupunun iştirakçısı olduğu bildirilir.
H.Abutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edib, həmin hadisələr zamanı sadəcə tərcüməçi işlədiyini bildirib.
İran qərarın beynəlxalq qanunlara zidd olduğunu və digər şəxsi təyin etməyəcəyini bəyan edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !