Obama: “İrimiqyaslı əməliyyatlar dövrü sona çatıb”

11:58 | 16.12.2014
Obama: “İrimiqyaslı əməliyyatlar dövrü sona çatıb”

Obama: “İrimiqyaslı əməliyyatlar dövrü sona çatıb”

ABŞ prezidenti Barak Obama bəyan edib ki, ölkə ordusunun xaricdə irimiqyaslı hərbi əməliyyatlar keçirdiyi dövrlər artıq sona çatıb.

"ABŞ ordusunun xarici ölkələrdə yerüstü qüvvələrin iştirakı ilə apardığı irimiqyaslı əməliyyatlar dövrü sona çatıb”, - deyə Obama Makquayr-Diks- Leykharst hərbi bazasında hərbçilər önündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu ilin sonuna qədər Əfqanıstanda olan əsas hərbi kontingent geri, ölkəyə qayıdacaq.

Obamanın sözlərinə görə, 2015-ci ildə Əfqanıstanda təhlükəsizliyi yerli rəhbərlik təmin edəcək: "13 ildən sonra bizim Əfqanıstandakı əməliyyatımız başa çatır”. ABŞ prezidenti eyni zamanda bu regionun təhlükə mənbəyi olaraq qaldığını da vurğulayıb. Onun sözlərinə görə, Əfqanıstanda 180 minlik kontingentdən cəmi 15 min hərbçi qalacaq. Bu hərbçilər isə yalnız yerli əsgərlərə təlim keçəcək. //azvision.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM