Obama: İŞİD-ə uduzmuruq

22:46 | 22.05.2015
Obama: İŞİD-ə uduzmuruq

Obama: İŞİD-ə uduzmuruq

Ağ ev rəhbəri: "Ramadinin silahlıların əlinə keçməsi taktiki geriləmədir"

İraqın Ramadi şəhərinin İŞİD terrorçu qruplaşmasının əlinə keçməsi taktiki geriləmədir. Buna faciə kimi baxmaq olmaz."

ANS PRESS-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama deyib.

Ağ ev rəhbəri ötən gün "The Atlantic” jurnalına müsahibəsində silahlı qruplaşmalara qarşı mübarizədə məğlub olmadıqlarını deyib: "Düşünmürəm ki, biz İŞİD-ə uduzmuşuq. Şübhəsiz, sünni ərazilərdə təkcə təlim deyil, həm də öhdəlik götürəcəyik. Biz sünni tayfaların indikindən daha yaxşı fəallıq göstərməsinə çalışacağıq.”

Xatırladaq ki, İŞİD ötən həftə Ramadi şəhərini, mayın 20-də isə Suriyanın qədim Palmira şəhərini ələ keçirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM