ABŞ prezidenti Barak Obama üç gün sonrakı çıxışında İŞİD-lə mübarizədəki planı açıqlayacaq. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, B. Obama bunu Amerikanın NBC televiziyasına müsahibəsində deyib. Prezident bildirib ki, ABŞ İŞİD-i zəiflədəcək, “onun ərazilərinin sərhədini daraldacaq” və məğlub edəcək. O deyib ki, İŞİD-dən gələ biləcək təhdidi normal qarşılamaq üçün ölkəsini hazırlayır. Obama “İslam Dövləti” qruplaşmasının mövqelərinə zərbə endirəcəklərini, lakin ABŞ-ın bölgəyə quru qoşunları göndərməyi düşünmədiyini də qeyd edib: “Bu, İraq müharibəsinə bənzər bir şey deyil. Daha çox son beş, altı, yeddi ildir ki, girişdiyimiz terrorla mücadilə kampaniyasına bənzəyir”. O bildirib ki, İŞİD-ə qarşı mübarizəni ABŞ təkbaşına aparmayacaq, bu, beynəlxalq koalisiya tərəfindən reallaşacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !