Amerikalı jurnalistlər bununla bağlı araşdırma aparıblar
Obama işləmədən daha çox qolf oynayır. Amerikalı jurnalistlər belə düşünürlər. ANS PRESS-in məlumatına görə, "The New York Post" qəzeti bununla bağlı araşdırma aparıb.
Qəzetin yazdığına görə, Barak Obama son iki ildə 81 dəfə qolf oynayıb. Halbuki prezident seçki kampaniyasında cəmi 75 dəfə iştirak edib.
Bundan başqa Obama prezidentlik dönəmində ancaq qəbullar keçirir və əyləncə xarakterli gecələrdə iştirak edir. Prezident son vaxtlar ölkə daxili səfərlərini də dayandırıb. O, daha çox ev şəraitində işləməyə üstünlük verir.
Qəzet yazır ki, Obamanın işinə az vaxt ayırmasının nəticəsində ölkə iqtisadiyyatında dərin böhran yaşanır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !