ABŞ prezidenti Barak Obama Konqresdə qəbul edilən və İsrailin raketdən müdafiə sistemlərinin yenilənməsi məqsədilə 225 milyon dollarlıq yardım layihəsini imzalayıb. Onu da qeyd edək ki, İsrail hərbi xərclərinin dörddə birini hər il ABŞ qarşılayır. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ Konqresi ötən həftə İsrailin raketdən müdafiə sistemlərinin yenilənməsi üçün 225 milyon dollar yardım edilməsinə dair qərar qəbul etmişdi. Konqresdə qəbul edilən layihə son olaraq prezident Obamanın imzalanması üçün ona təqdim edilmişdi. ABŞ dövlət başçısı həmin layihəni bu gün təsdiqlədi.ABŞ bundan əvvəl də İsrailin raketdən müdafiə sistemlərinin təkmilləşdirilməsi üçün yüz milyonlarla dollar ödəmişdi.Bundan əlavə ABŞ İsrailə hərbi ləvazimatlar satmaqla da yardım edir və belə satışlardan biri də Qəzzaya hücum əsnasında həyata keçirilmişdi. Pentaqon Mətbuat sözçüsü admiral John Kirby ABŞ-ın İsraildə olan silah və sursat anbarlarından İsrailə əl bombaları və havan topu güllələri tədarük etdiyini söyləmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !