ABŞ İranla nüvə proqramı üzrə gözlənilən razılaşmaya İsrailin İran tərəfindən dövlət kimi tanınması ilə bağlı məsələnin də daxil edilməsi barədə Tel-Əvivin tələbini əsassız sayır.
APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama NPR radiostansiyasına müsahibəsində deyib. O, mövqeyini belə əsaslandırıb: "İranı nüvə silahı yaratmaq imkanından məhrum edən razılaşmanın İranın İsrailin müstəqilliyini qəbul etdiyi halda imzalana biləcəyi barədə fikirlər, sanki "biz İran rejimi tamamilə dəyişməyincə razılaşmanı imzalamayacağıq” deməkdir. Bu, tamamilə yanlışdır. Biz İranda nüvə silahının olmasını istəmirik, həm də ona görə ki, bu ölkədəki rejimin xarakterinin dəyişməsinə güvənə bilmərik. Əgər İran qəfildən Almaniya, İsveç və ya Fransaya çevrilsəydi, ondan onunla nüvə danışıqları başqa istiqamətdə gedərdi”.
Xatırladaq ki, aprelin 2-də İsveçrənin Lozanna şəhərində "altılıq” ölkələri ilə İran arasında razılıq əldə edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !