Obama: Krımı Rusiyanın hesab etmək hələ tezdir

09:00 | 26.03.2014
Obama: Krımı Rusiyanın hesab etmək hələ tezdir

Obama: Krımı Rusiyanın hesab etmək hələ tezdir

ABŞ prezidenti Barak Obama Haaqada keçirilən sammitdə bildirib ki, Krımın Rusiyaya keçməsi “həll edilmiş məsələ” deyil. Obama Krımın Rusiyaya keçməsi ilə barışmağın hələ tez olduğunu deyib. ANS PRESS-in məlumatına görə, prezidentin sözlərinə görə, Krım Federasiyanın tərkibində dünya icmaiyyəti nümayəndələri tərəfindən qəbul edilmir. Buna görə də onun Rusiyaya birləşməsi qanuni xarak ter daşımır. Obama eyni zamanda qeyd edib ki, Krımdakı məsələnin Kosovodakı vəziyyətlə müqayisəsi ümumiyyətlə heç bir məna kəsb etmir. Ağ ev rəhbəri bildirib ki, Rusiya "ABŞ-ın milli təhlükəsizliyi üçün ilk təhlükə” deyil. “Məni hələ də nüvə silahının Manhettendə partladıla bilməsi fikri bundan daha çox narahat edir”,- deyə o, Haaqada keçirilən sammitdə jurnalistlərə bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM