Obama, Merkel: “Rusiyaya sanksiyalar qalmalıdır”

15:48 | 08.06.2015
Obama, Merkel: “Rusiyaya sanksiyalar qalmalıdır”

Obama, Merkel: “Rusiyaya sanksiyalar qalmalıdır”

ABŞ Prezidenti Barack Obama və Almaniya kansleri Angeal Merkel razılaşıblar ki, Minsk atəşkəs sazişi "tam yerinə yetirilənə” və Rusiya qonşusunun suverenliyinə hörmət edənədək Rusiyaya iqtisadi sanksiyalar qalmalıdır. Məlumatı Ağ Ev yayıb.

Liderlər iyunun 7-də Bavariyada Böyük Yeddiliyin illik sammitindən öncə görüşüblər. Merkel daha sonra deyib ki, Moskva Ukraynadakı hərəkətlərinə görə indilik G7-nin "dəyərlər icması”ndan kənarda dayanmalıdır.

Ötən il Rusiya Krımı anneksiya edəndən Birləşmiş Ştatlar və Avropa müttəfiqləri Rusiyaya qarışı iqtisadi sanksiyalar tətbiq edib.

Fevralda Minskdə əldə olunmuş atəşkəs sazişinin məqsədi Ukraynanın şərqində döyüşlərə son verməkdir. Saziş mütəmadi olaraq pozulmaqdadır.  /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti