Amerika Prezidenti Barak Obama bu yaxınlarda etdiyi maraqlı açıqlama ilə hər kəsin yaddaşına sülhsevər prezident kimi həkk olunub.
Axar.az xarici mətbuata istinadən bildirir ki, ABŞ Prezidenti Barak Obama özünə qarşı "hakimiyyətə gəldiyi illərdən bu günə qədər müsəlmanları dəstəkləyir” fikri ilə razılaşmadığını bildirib:
"Müsəlmanlarla qohum ola bilərik. Hətta, müsəlman da ola bilərik. Lakin qanun haqq və ədalətin tərəfindədir. Mən müsəlmanların deyil, sülh və həqiqətin tərəfdarıyam”.
Xatırladaq ki, əsl adı Mubarak (Mübarək) olan Barak Obamanın atası Afrika mənşəli qaradərili müsəlman olub. Prezident bu haqda 2006-cı ildə qələmə aldığı "Atamın xəyalları” ("Dreams from my farher”) adlı kitabında qeyd edib. Milyonlarla oxucu qazanan kitab, Qremmi mükafatına layiq görülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !