ABŞ Prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama dünya müsəlmanlarını və həcdə olan zəvvarları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, Obama təbrikində Qurban bayramının sədaqət və bərabərlik bayramı olduğunu bildirib:
"Dünyada minlərlə müsəlman bəyaz örtüyə bürünərək çiyin-çiyinə Allah qarşısında müqəddəs vəzifələrini icra etmək üçün Məkkə və Mədinəyə yollanır. Bu həcc ziyarəti birinin digərindən daha üstün olmadığı anlamına gəlir və "hamımız birimiz üçün” ifadəsini xatırladır. İrq, din və cinsiyyət amilinə görə insanlar arasında ayrıseçkilik aparılmaması bizi güclü edir.”
Hazırda dünyada minlərlə müsəlmanın ərzaq, su və evə ehtiyacı olduğunu vurğulayan Obama, ABŞ-ın hər zaman belə müsəlmanlara yardım etdiyini də əlavə edib. O, miqrant məsələsində ABŞ-ın daim xüsusi səy göstərdiyini bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !