Obama: Putinin əməliyyatı ABŞ-a qarşı çıxmaq demək deyil

19:39 | 12.10.2015
Obama: Putinin əməliyyatı ABŞ-a qarşı çıxmaq demək deyil

Obama: Putinin əməliyyatı ABŞ-a qarşı çıxmaq demək deyil

"Bizim Rusiyanın strategiyasını dəstəkləməyən 60 ölkədən ibarət koalisiyamız var”.

ABŞ prezidenti Barak Obama Suriyada Rusiya hərbi kampaniyasının - Vladimir Putinin əməliyyatının ABŞ-a qarşı çıxmaq cəhdi olması ilə razı deyil.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə New York Daily News məlumat yayıb.

"Əgər siz ölkənin iqtisadiyyatının tapdalanmasını və yeganə müttəfiqinizi qorumaq üçün qoşun göndərməyi liderliyə əminlik hesab edirsinizsə, demək bizim bu söz haqqında anlayışlarımız fərqlidir”, - Obama şərh edib.

"Mənim liderlik anlayışıma bütün dünya ictimaiyyətinin İranın nüvə silahı almayacağı üçün hərəkətə gətirilməsi daxildir. Yaxın Şərqə gəldikdə isə bizim Rusiya strategiyasını dəstəkləməyən 60 ölkədən ibarət koalisiyamız var. Onlar əksinə, bu strategiyanın işləməyəcəyini iddia edirlər”, - o əlavə edib.

Obama həmçinin Suriyanın bütün dünya üçün ağır problem olduğunu vurğulayıb və ABŞ-ın Suriya müxalifətinə təlim keçmə və silahlandırma cəhdinin lazımi nəticəni vermədiyini etiraf edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM