Xristian dünyası ən önəmli bayramlardan hesab etdiyi Pasxaya hazırlaşır.
ANS PRESS-in məlumatına görə, bu gecə Ağ Evdə Pasxa bayramı ilə əlaqədar Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama və xanımı Mişel Obama qonaqlıq verib.
Bu barədə Ağ Evin rəsmi internet səhifəsində xəbər yayımlanıb.
"Mişel və mən ABŞ-da, İsraildə və dünyanın bir sıra ölkələrində qeyd edilən Pasxa münasibətilə hamıya xoş salamlarımızı çatdırırıq”, – deyə president Obama bildirib.
Xristianların inancına görə, bu bayram insanlara ruh sevinci gətirir.
Xatırladaq ki, Pasxa bayramının keçirilmə tarixi hər il dəyişir. Bu Il isə katolik Pasxa sabah – aprelin 5-də qeyd olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !