Obama: "Marixuana çəkirdim"

11:51 | 20.01.2014
Obama: "Marixuana çəkirdim"

Obama: "Marixuana çəkirdim"

Barak Obamanın fikrincə, marixuananın çəkilməsi orqanizmə daha az ziyan vurur nəinki alkoqol

ABŞ prezidenti alkoqolla marixuananı bərabərləşdirib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın fikrincə, marixuananın çəkilməsi orqanizmə daha az ziyan vurur nəinki alkoqol. Prezident bu barədə "The New Yorker" jurnalına müsahibəsində deyib.Barak Obama yeniyetmə yaşlarında ot çəkdiyini xatırladıb və uzun zaman siqaretdən imtina edə bilmədiyini deyib:"Məlum olduğu kimi, yeniyetmə yaşlarımda mən də marixuana çəkirdim. Mən bunu siqaretin çəkilməsiylə oxşar pis vərdiş və qüsur hesab edirəm. Siqaret mənim gənc vaxtlarımda həyatımın uzun müddətli parçası olub. Mən bu haqda öz qızıma da demişəm. Bu sağlamlığa ziyan vurur və vaxt itkisidir. Marixuananın çəkilməsi ilə yeniyetmələr yalnız kasıb ailələri cəzalandırırlar".Obama Kolorado və Vaşinqton ştatlarında marixuananın qanuniləşməsini dəstəklədiyini deyib. Onun sözlərinə görə, qanuniləşmənin olması yaxşıdır. Çünki xeyli sayda insan bu və ya digər şəkildə qanunu pozur və yalnız bəziləri ot səbəbindən cəzaya məruz qalırdılar.ABŞ prezidenti həmçinin bildirib ki, marixuananın qanuniləşməsinin bütün sosial problemləri həll edəcəyini iddia edənlər isə sadəcə məsələni şişirdirlər. Bundan başqa, Obamanın fikrincə, narkotikin bir növünün tam qanuniləşməsi başqa növlərin mümkün dozalarının müzakirəsini provokasiya edə bilər. Prezident Obama qeyd edib ki, buna cəmiyyətin hazır olub olmadığı hələki məlum deyil. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM