ABŞ prezidenti bu sözləri Çin Xalq Respublikasının lideri Si Tszinpinə telefon zəngi edərkən deyib
ABŞ prezidenti Barak Obama Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpasını özü üçün birinci dərəcəli vəzifə sayır.
ANS PRESS-in məlumatına görə, Ağ Evin mətbuat xidməti bu barədə Obama ilə Çin lideri Si Tszinpinin telefon danışığından sonra bildirib. Onlar Rusiya ilə Ukrayna arasında mübahisənin dinc yolla həlli yollarının tapılmasında maraqlı olduqlarını bildiriblər.
Hər iki lider Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün tərəfdarı olduqlarını bildiriblər. ABŞ prezidenti Ukrayna xalqının xarici təsir olmadan öz müqəddəratını həll etməsinə imkan yaratmağın tərəfdarı olduğunu bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !