ABŞ prezidenti Amerika kəşfiyyat təşkilatlarının İŞİD-in Suriyanı təhdid edən zaman buna az əhəmiyyət verdiklərini və İraq ordusunun bu terror təşkilatı ilə bacara biləcəklərinə inandığını dilə gətirib.ANN.Az xəbər verir ki, prezident CBS telekanalına müsahibəsi zamanı "İraq ordusunun İŞİD-ə qarşı savaşma qabiliyyətini və iradəsini gözümüzdə böyütdük" deyib. Bir tərəfdən Suriyada Bəşər Əsəd rejiminə qarşı çıxarkən, digər tərəfdən də Əsəd rejiminə cəbhə açan İŞİD-lə döyüşməyin meydana gətirdiyi ziddiyyətin də fərqində olduğunu dilə gətirən Obama belə davam edib:"Ziddiyyətli bir durumun yarandığının fərqindəyəm. Qorxunc qırğınlar törədən Əsəd rejiminin rəhbərliyi altında ölkədə sabitlik təmin edilməsi mümkün deyil. Suriyanın birləşmiş qala bilməsi üçün Əsədin bu müddət ərzində ölkəni idarə etməsi mümkün deyil".Obama bildirib ki, İŞİD yalnız bir terror şəbəkəsi deyil, torpaq işğal etmək arzusunda olan, eləcə də ordulara məxsus bəzi strategiya və taktikaların bir qarışığını təmsil edir. İraqın indiki baş naziri Heydər əl-İbadinin bu ana qədər "doğru siqnallar" verdiyini ifadə edən Obama - "Biz onların adına nəsə edə bilmərik, çünki bu yalnız hərbi bir problem deyil, siyasi bir problem" deyib.Obama bəyan edib ki, ABŞ hərbçiləri İraqda "Əl-Qaidə" terror təşkilatına sarsıdıcı zərbə vurub: "Lakin son iki ildə Suriyada davam edən vətəndaş müharibəsindən istifadə edən terrorçular öz güclərini bərpa edə biliblər".
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə "İraq və Şam İslam Dövləti" (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !