Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı beynəlxalq dəstək toplamağa çalışır. Obama bu dəfə Ukraynada siyasi börhan başladıqdan sonra məsələyə münasibətdə neytral mövqe tutan Çinin prezidenti Si Tszinpinlə danışıqlar aparıb. Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, liderlər bu məsələdə beynəlxalq ictimaiyyətin rəyinə uyğun hərəkət etməyə razılıq veriblər."Hər iki lider Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinin qorunmasında razlığa gəliblər. Rusiyanın Ukraynaya təcavüz etməsi barədə heç bir mübahisə ola bilməz. Bu faktdır".Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron qeyd edib ki, Rusiyanın Ukraynadakı fəaliyyətinə heç cür haqq qazandırmaq olmur."Ukrayna xalqının gələcəyi alt-üst edilib. Avropa Şurası Rusiyaya açıq-aydın ismarış göndərib. Rusiyanın hərəkətləri beynəlxalq qanunlara qarşı ziddir və bunun nəticələrinə qatlaşmalı olacaq. Krımın statusuna dair referendum isə qanunsuzdur və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq". Rusiyanın xarici işlər naziri Sergey Lavrov gərgin vəziyyətlə əlaqədar prezident Vladimir Putinlə görüşüb. Görüş zamanı Lavrov ABŞ dövlət katibi Con Kerrinin Amerikanın Ukrayna ilə bağlı mövqeyini əks etdirən sənədlərlə bağlı Putinə məruzə edib."Kerri ötən cümə günü sənədləri bizə təqdim etdi. Sənədlərdə göstərilən konsept bizim mövqeyimizlə qətiyyən uyğun gəlmir. Çünki sənədlərdə hər şey sanki Rusiya ilə Ukrayna arasında münaqişə yaşanıbmış kimi əsaslarla təsvir olunub və Rusiyanın faktı təsdiqləməsi tələb olunub".//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !