ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatası tərəfindən qəbul olunan və Ukraynadakı böhrana görə günahkar güman edilən şəxslərə qarşı sanksiyaların dəstəklənməsi və Ukraynaya yardım göstərilməsi haqqında fərman imzalayıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Cey Karni bildirib. Qanun Ukraynaya 1 mlrd dollar məbləğində kreditin və 150 mln dollar məbləğində dərhal yardımın ayrılmasını nəzərdə tutur. Obama həmçinin Rusiyaya qarşı 2 mərhələli sanksiyaların tətbiq olunması haqqında fərman imzalayıb. Obama həmçinin Ukrayna və yaxın ölkələrə yayımlanan ABŞ dövlət KİV-lərinin maliyyələşməsini nəzərdə tutan qanun imzalayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !