Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama noyabrın 14-dən 22-nə qədər Türkiyə, Filippin və Malayziyaya səfər edəcək.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Səfər zamanı amerikalı prezident Türkiyənin Antalya şəhərində G20 sammitində və Filippində Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammitində iştirak edəcək.
Bundan başqa, Obama Cənubi-Şərqi Asiya dövlətləri - ABŞ Assosiasiyasının və Şərqi Asiya ölkələri sammitində də iştirak edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !