Obama Ukraynaya “barmaq” silkələdi

09:49 | 20.02.2014
Obama Ukraynaya “barmaq” silkələdi

Obama Ukraynaya “barmaq” silkələdi

ABŞ prezidenti Barak Obama Ukraynaya xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, əgər bu zorakılıq davam etsə, ABŞ Ukraynaya sanksiya tətbiq edəcək. “ABŞ təcavüzü ən kəskin surətdə qınayır. Biz sıx şəkildə avropalı partnyorlarımızla və ukraynalı hakimiyyət və müxalifətlə işləyirik ki, bu zorakılığa son qoyaq”,-deyə ABŞ prezidenti bildirib. Onun sözlərinə görə, “kimsə hədini aşsa nəticəsini görəcək”. O, Ukrayna ordusunu məsləyə qarışmağa qoymadı. Çünki məsələ mülki şəxslər tərəfindən həll edilməli idi. “Biz hesab edirik ki, Ukrayna hakimiyyəti ilk növbədə sakit etiraçılara özünəlayiq yanaşdığı üçün cavab verəcək. Biz gözləyirik ki, Ukrayna hakimiyyəti dözüm nümayiş etdirəcək, etirazçılara qarşı təcavüzə qaçmayacaq. Biz vəziyyəti çox diqqətlə izləyəcəyik”,-deyə Obama əlavə edib.O qeyd edib ki, Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti