ABŞ prezidenti Barack Obama türkiyəli həmkarı Recep Tayyip Erdogan ilə Rusiya təyyarəsinin vurulmasından sonra gərginliyin azaldılmasına razılaşıb. Ankara təyyarənin hava sərhədlərini pozduğunu deyərək vurub.
Noyabrın 24-də baş tutmuş telefon zəngində Obama və Erdogan razılaşıblar ki, "gərginlik de-eskalasiya olunsun və belə insidentlərin təkrarlanmasının qarşısı alınsın”. Bu barədə Ağ Ev məlumat yayıb.
Obama Türkiyənin suverenliyini qoruma hüququna ABŞ və NATO-nun dəstəyini ifadə edib.
Türkiyənin Suriya ilə sərhədində baş vermiş insident Moskvanı qəzəbləndirib. Rusiya qırıcısınının Suriya ərazisində vurulduğunu bildirir.
İki ekipaj üzvü həlak olub. Rusiya prezidenti Vladimir Putin bunu "cinayət” və "arxadan zərbə” adlandırıb. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !