Obama: Yeni “soyuq müharibə” olmayacaq

09:18 | 30.07.2014
Obama: Yeni “soyuq müharibə” olmayacaq

Obama: Yeni “soyuq müharibə” olmayacaq

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Vaşinqtonla Moskva arasında Ukraynaya dair fikir ayrılığı yeni “soyuq müharibə” deyil.APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Obama Ukraynada vəziyyəti diplomatik yolla nizamlamaq üçün Vladimir Putin, Pyotr Poroşenko və Avropa Birliyi rəsmiləri ilə əlaqələrini davam etdirəcək. “Rusiya beynəlxalq aləmdən özünü təcrid edir. Bu prezident Putinin və Rusiyanın seçimidir. Lakin Rusiya üçün digər seçim də mövcuddur. Rusiya anlamalıdır ki, ABŞ Ukrayna hökumətinə dəstəyi davam etdirəcək ”, deyə Obama bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM