ABŞ prezidenti Barak Obama "GQ” jurnalına müsahibəsi zamanı gələn il keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampla rəqib olmağı çox arzuladığını, lakin 3-cü müddətə seçilə bilməyəcəyi üçün bu istəyinin baş tutmayacağından danışıb.
Modern.az jurnala istinadən xəbər verir ki, Obama prezidentlik kampaniyasının maraqlı keçəcəyini deyib: "Mən Trampla rəqib olmaqdan zövq alardım. Düşünürəm ki, seçki kampaniyası çox şən keçərdi”.
Obama prezidentlik səlahiyyətləri bitdikdən sonra daha çox onu nə vaxt hara lazım oldu aparan "Air Force One” təyyarəsi üçün darıxacağını da deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !