Obamadan İŞİD-lə bağlı vacib açıqlama

11:56 | 06.11.2014
Obamadan İŞİD-lə bağlı vacib açıqlama

Obamadan İŞİD-lə bağlı vacib açıqlama

ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı hərbi gücdən istifadə etməklə bağlı hökumətə yeni səlahiyyət verilməsi üçün Konqres ilə danışıqlara başlayacağını açıqlayıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Obama Ağ Evdə təşkil etdiyi mətbuat konfransında İŞİD ilə mübarizə və İran mövzularına toxunub. O, Konqreslə danışıqlara qısa zamanda başlayacağını deyib: "İndi fərqli bir düşmənimiz var. Strategiya fərqlidir. İraq, digər Körfəz ölkələri və beynəlxalq koalisiya ilə səylərimiz fərqli şəkildə istifadə olunmalıdır. Bu məsələni tam həll edəcəyimizə inanıram. İŞİD-ə qarşı döyüşləri uduruq demək üçün hələ çox tezdir. Suriyadakı məqsədimiz bütün Suriya məsələsini həll etmək deyil, İŞİD-in fəaliyyət göstərə bildiyi yerləri təcrid etməkdir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM