ABŞ prezidenti Barak Obama ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B. Obama N. Nazarbayevi Ukraynada yaranmış problemin həllində fəal rol oynamağa çağırıb. “Liderlər Rusiya ilə Ukrayna arasındakı mübahisənin sülh yolu ilə həllinin tapılmasında ümumi maraq ifadə ediblər. Onlar razılaşıblar ki, suverenlik və ərazi bütövlüyü prinsipini dəstəkləmək vacibdir”, - deyə Ağ Evin açıqlamasında bildirilir. B. Obama Ukrayna hadisələrini İspaniyanın baş naziri Mariano Rahoy ilə də müzakirə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !