Özünü qondarma DQR prezidenti kimi təqdim edən Bako Saakyan növbəti sarsaq üsula əl atıb.
ANS PRESS-in məlumatına görə o, "uzaqgörənlik" edərək ATƏT-in Minsk qrupu həmsədrləri vasitəsilə ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obamaya, Vladimir Putinə və Fransua Ollanda Dağlıq Qarabağa səfərə dəvət edib. Müxtəlif cinayətlərin iştirakçısı olan bu şəxs "Amerikanın Səsi"nə müsahibəsində "uzaqgörənliyini" belə əsaslandırır ki, guya həmsədr ölkələrin rəhbərləri bir ölkə ilə birbaşa əlaqə saxlamadan onun və xalqının taleyi ilə məşğul olmaqla ciddi uğurlar əldə edə bilməz. O, bunu beynəlxalq ictimaiyyətin həyata keçirdiyi işlərin əsas çatışmazlığı kimi dəyərləndirir. Quldurluqla məşğul olan "bu tip"in hiyləgərliyi gülünc doğurur. Bədbəxtçiliyini anlamayan bu şəxs düşünür ki, adı çəkilən ölkə rəhbərləri onun bu dəvətini "məmnuniyyətlə" qəbul edəcəklər və hətta Bako ilə xatirə şəkli də çəkdirəcəklər. Atalar demiş: "Kar könlündəkini anlar." ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !