ABŞ-ın prezidenti Barak Obama Merilend ştatında qubernatorluğa namizəd olan Demokratlar partiyasının üzvünə dəstək mitinqində çıxış edib.
ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Obama çıxışında bir neçə dəfə insanları partiyasına üzv olan namizədə səs verməyə çağırıb. "Heç bir bəhanə ola bilməz. Siz mütləq səs verməlisiniz", - deyə Obama bildirib.
Obamanın çıxışını vecinə almayan iştirakçıların böyük bir qismi iclas zalını tərk ediblər. Buna görə, Obamanın çıxşı məcburən yarımçıq kəsilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !