Obamanın hesabını arvadı ödədi

11:56 | 18.10.2014
Obamanın hesabını arvadı ödədi

Obamanın hesabını arvadı ödədi

ABŞ prezidenti Barak Obama Nyu Yorkda restoranlardan birində xoşagəlməz halla qarşılaşıb.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Obama Amerikanın NBC telekanalına müsahibəsində deyib.Hadisə ötən ay Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu Yorkda keçirilən sammiti zamanı baş verib. Belə ki, Obama restoranlardan birində nahar etdikdən sonra keridt kartı ilə hesabı ödəmək istəsə də bunu edə bilməyib.“Mən ofisianta izah etməyə çalışırdım ki, bu kredit kartı həqiqətən mənimdir. Ona dedim ki, ola bilsin kartı bloklayıblar. Çünki uzun müddətdir ki, bundan istifadə etmirəm. Bank da kartdan imtina edib”, deyə Obama bildirib.ABŞ prezidenti deyib ki, restoranda onun həyat yoldaşı Mişel Obama yanında olub və hesabı o, ödəyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM