Nelson Mandelanın dəfn mərasimində iştirak etmək üçün CAR-a səfər edən ABŞ prezidenti Barak Obamanın kortejinin yaxınlığında atəş açılıb. Qaynar.info xəbər verir ki, bu barədə Frans Press agentliyinin əməkdaşı İohan Mayburq özünün Tvitter səhifəsində məlumat verib. Məlumata görə, Obamanın korteji paytaxt Pretoriya - Yohannesburq yolunda tıxaca düşüb və həmin zaman yaxınlıqdan atəş səsləri eşidilib. Atəş açan şəxsin kimliyi müəyyənləşdirilməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !