ABŞ prezidenti Barak Obamanın nənəsi Sara Ömər Məkkədə ümrə ziyarətinə gedəcək.
ANS PRESS-in məlumatına görə, ABŞ prezidentinin nənəsi ümrəyə oğlu Səid Obama və nəvəsi Musa Obama ilə yollanıb.
Obamanın nənəsi Sara və onun ailəsi artıq Məkkədə Məhəmmədə peyğəmbərə (s.ə.s) həsr edilmiş sərgiyə baş çəkiblər. Nənə belə sərgilərin rolunu yüksək qiymətləndirib:
"Mən çox şadam ki, bu sərgiyə baş çəkdik. Bu sərgi müasir dünyada İslamın yayılmasının çox gözəl nümunəsidir", - deyə ABŞ prezidentinin nənəsi danışıb.
Sara Ömər ümid edir ki, sərgiyə baş çəkənlər müqəddəs İslam dini haqqında yanlış fikirlərdən uzaqlaşacaqlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !