Obamaya "Buş"la bağlı müraciət: Sorğu-sual olunsun!

16:36 | 10.12.2014
Obamaya

Obamaya "Buş"la bağlı müraciət: Sorğu-sual olunsun!

İnsan Haqları Müşahidə Təşkilatı Obama administrasiyasına ABŞ-ın keçmiş prezidenti oğul Buş və onunla eyni vaxta yüksək vəzifələrdə çalışan şəxslərin ifadələrinin alınması üçün müraciət edib.

Xatırldaq ki, son günlər Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency - CİA) əməkdaşlarının saxlamılan şəxslərə qarşı işgəncə verməsini əks etdirən görüntülər dünya mediasının gündəmindən düşmür.

İnsan Haqları Müşahidə Təşkilatının çağırışına rəğmən Obama administrasiyası Buş rəhbərliyi dönəmində çalışan rəsmilərə və Buşa qarşı hər hansı bir cinayət araşdırması aparılmayacağını və  bu cür cəhdin uğursuz olacağıni bildirib. İşgəncə hesabatının açıqlanmasından  sonra ABŞ Ədliyyə Nazirliyi belə bir bəyanatla çıxış etdi ki,  "MKİ-nin sorğu-sual proqramı haqqında hər hansı bir cinayət araşdırması başlamaq planımız yoxdur".
 
Corc W. Buş  ABŞ Senatının Kəşfiyyat Komitəsinin hazırladığı MKİ işgəncə hesabatını tənqid edib. O, 11 Sentyabr terror hücumlarından  sonra MKİ-nin mübahisəli həbs və mühakimə etmə proqramı çərçivəsində edilən işgəncələri müdafiə edib.
 
Hesabatın nəşrindən əvvəl CNN-ə danışan Buş "Bizim üçün MKİ-də çalışan qadın və kişilər bir şansdır. Bunlar vətənpərvər insanlardır. Hesabatda nə deyilsə də, bu insanların öz vətənlərini sevdiklərini göstərməyəcəyinə dair deyilənlər həqiqətdən uzaqdır".

Həmin illərdə ABŞ-da vitse-prezident olan Dik Çeyni də MKİ tərəfindən aparılan istintaq əməliyyatlarını müdafiə edib: "Bütün bunlar cəfəngiyyatdır. Məhkumların sorğuya alınması üçün onlara səlahiyyət verilmişdi. Agentlər öz vəzifələrini yerinı yetiriblər. Ədliyyə Nazirliyi istintaq hərəkatının keçirilməsini qanuni hesab etmişdi".
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM