Obameyanq “Barselona”ya “hə” dedi

22:30 | 23.01.2020
Obameyanq “Barselona”ya “hə” dedi

Obameyanq “Barselona”ya “hə” dedi


İngiltərənin "Arsenal” klubunun futbolçusu Pyer-Emerik Obameyanq karyerasını İspaniyada davam etdirə bilər.


Apasport.az saytının məlumatına görə, qabonlu hücumçu "Barselona”ya keçməyə razılıq verib.


30 yaşlı forvardın keçidi artıq qış "transfer pəncərəsi”ndə gerçəkləşə bilər. Uruqvaylı hücumçusu Luis Suaresi zədə səbəbindən itirən Kataloniya klubu təcili şəkildə forvard transfer etmək niyyətindədir.


Obameyanqın keçidinin reallaşması üçün iki klub arasında razılığın əldə olunması qalıb. "Arsenal” aparıcı oyunçusunu satmağa can atmasa da, onun müqaviləsinin 2021-ci ilin yayında bitməsi həlledici amil ola bilər. Çünki ilyarımdan sonra futbolçunu azad agent kimi buraxmaq riski londonluların "Barselona” ilə danışıqlar aparmasına əsas verir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb