Çoban Sülü – Görkəmli siyasi xadim

14:42 | 23.06.2015
Çoban Sülü – Görkəmli siyasi xadim

Çoban Sülü – Görkəmli siyasi xadim

Türkiyə siyasətinin görkəmli siyasətçisi vəfat etdi

Süleyman Demirel İyunun 17-də 90 yaşında vəfat etdi. O, təkcə "demokratiyanın cəngavəri”, demokratik siyasət uğrunda inadkar mübariz kimi xatırlanmır, həmçinin 1971 və 1980-cı illərdəki iki hərbi çevrilişdən salamat qurtula bilməsiylə yaddaşlarda qalıb. O sonradan həbs olunmuş, ancaq siyasətə geri dönməyə müvəffəq olmuş və 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti kimi faliyyət göstərmişdi. Demirel peşə etibarilə mülki mühəndis idi və bu, ölkədəki vacib infrastruktur layihələrin reallaşmasında öz rolunu oynamışdı: Türkiyənin modernləşməsi və inkişafı üçün o, bu layihələri vacib hesab edirdi. 
 
Demirel Türkiyənin aqrar rayonu olan İspartada dünyaya gəlmişdi və "Çoban Sülü” (mehribancasına deyilən, amma biraz köntöy taxma ad – Sülü Süleymanın qısa formasıdır) kimi tanınması ilə də fəxr edirdi. Siyasətçi həm də özünün möhtəşəm yaddaşı ilə seçilirdi, xalq arasında belə bir fikir yayılmışdı ki, o, hər bir vətəndaşın adını bilir. Yəqin ki, o, Anadolu əhalisinin nəyə ehtiyacının olduğunu özündən əvvəlki bütün xələflərindən daha yaxşı bilirdi. Demirelin fikrincə, su 1950-60-cı illərdə hələ də Anadoluda rast gəlinən aclıq və yoxsulluğa qarşı ən yaxşı silah idi. Bu yaxınlarda verdiyi müsahibələrin birində o belə demişdi: "Bəndlərdən suyun düzənliklərə və ovalıqlara axdığını görəndə, mən suyun kənd insanlarının həyatını necə yaxşılaşdırdığını görürəm, onların məhsullarını vaxtı-vaxtında becərdiklərini, sonra özlərini ərzaqla təmin edə bildiklərini, təvəzökar firavanlığa çatdıqlarını, şən və xoşbəxt olduqlarını görürəm”.

Onun idarəçiliyə ilə əksərən aqrar olan Türkiyə cəmiyyəti urbanistik cəmiyyətə çevrilməyin ilkin mərhələsinə qədəm qoymuşdu, onun həyata keçirdiyi ilkin islahatlar ölkədə sənaye və servis istiqamətli iqtisadiyyatın yaranmasına təkan verdi. Onun liderlik etdiyi 1960-cı illərdə Türkiyə iqtsadiyyatı 6 faizlik artımla irəli gedirdi, bu, ölkə əhalisinin böyük bir hissəsinin görünməmiş şəkildə həyat səviyyəsinin yüksəlməsində özünü göstərmişdi.  Türkiyənin ucqarlarına elektrik xəttləri və yollar çəkildi, halbuki belə infrastruktur komfortlar əvvəllər ancaq yuxu ola bilərdi.  

1970-ci illər ərzində baş verənlər bir sıra hadisələr seriyasının baş verməsinə səbəb oldu. Xalq zəif hökumətlərin yarıtmazlıqlarına, iqtisadi qıtlıqlara, sol və sağ ekstremizmə düçar oldu. Küçələrdə artan zorakılıq, ümumi qeyri-stabillik elə bir şərait yaratdı ki, hərbi istablişment 1971-ci ildə Demirel hökumətini devirmək qərarına gəldi, Demirelin hökuməti bir də 1980-cı ildə devrildi. Həmin dövrdə çoxları iddia edirdi ki, Demirelin ləngliyi və amansız siyasi ambisiyaları Türkiyəni xaos dalınca xaosa sürüklədi. Çox sayda insan üçün onun adı Türkiyə siyasət tarixinin ən qaranlıq dövlərindən biriylə sinonim oldu. 

Buna baxmayaraq, 1980-cı illərin sonundan başayaraq davam edən Türkiyənin ağrılı və demokratiyaya ləng qayıdış dövründə Demirel daha çox konstruktiv rol oynamağa başladı. Məsələn, 90-ların əvvəllərində koalisia hökumətinin üzvü kimi o, Kürd probleminə siyasət vasitəsilə yanaşmaq istəyirdi. Koalisiya partnyoru Erdal İnönüylə əməkdaşlıq edərək, Demokratik Partiyadan (DEP) (indiki HDP-nin xələfi) olan kürd siyasətçilərin parlamentə daxil olmasına şərait yaratdı. Ancaq o bir daha təhlükəsizliyi təmin edə bilmədi və hərbi istablişmentin təşəbbüsü ələ almasıyla ölkə yenidən zorakılıq, milliyətçi toqquşmalar və insan hüquqlarının kütləvi surətdə pozulması dövrünə qədəm qoydu. Prezidentlik müddətinin sonuna doğru onun Türkiyədə demokratiyanın qurulması üçün etdiyi çabalar öz bəhrəsini verməyə başladı, 1999-cu ildə ölkənin Avropa İttifaqına üzvlüyə namizəd olmasıyla kuliminasiya nöqtəsinə çatdı. 

Demirel xarici siyasətə də öz damğasını vurdu. O, transatlantik alyansa ciddi şəkildə can atırdı. Demirel fəxr edirdi ki, 1975-ci il konfransında Helsinki Xartiyasının qəbul olunmasında iştirak edən yeganə dövlət adamı olub. Bu qurum Qərb və Sovet bloku arasındakı əlaqələri idarə etməli, həmçinin Sovetlər blokuna daxil olan müxtəlif ölkələrdə demokratiya toxumları səpməli idi. 1999-cu ildə Demirelin prezidentliyi dövründə İstanbulda keçirilən ATƏT-in sammiti də Soyuq Müharibədən sonra regional nizamın qurulmasında vacib addımlardan biri olmuşdu. Ən vacibi isə, sammit Avropa Təhlükəsizlik Xartiyasının qəbul edilməsiylə nəticələndi, bu, qitənin yeni risk və problemlərlə üzləşməsinin qarşısını almaq üçün yeni hərtərəfli təhlükəsizlik modeli oldu. 

Sovet İttifaqının çökməsi Demirel üçün yeni coğrafiya açmış oldu və bu, ona keçən əsrin son onilliyində Türkiyənin qonşuluğunda fəal rol oynamağa imkan verdi. Demirel Sovetlərin keçmiş iki lideri - azərbaycanlı Heydər Əliyevlər və gürcü Eduard Şevardnadze ilə münasibətlərinə görə xatırlanacaq. Demirel onlarla birlikdə Azərbaycan və Gürcüstanın Rusiyadan ayrılaraq müstəqilliklərinin möhkəmlənməsinə və Qərbyönümlü olmalarına öz töhfəsini verdi. O, Türkiyənin "Adriatikdən Çin səddinə” qədər olan Türk dünyasında aktiv roy oynamasını və iqtisadi, siyasi, sosial və strateji cəhətdən Qərbin dostu olmasını istəyirdi. 

Bütün bu nailiyyətlərdən savayı isə, o ən çox adı pis çıxmış fetr şlyapasına (Atatürk dövründə qərbləşmənin simvolu), isti səsinə və Türkiyənin gərgin siyasi mühitinin yumşalmasına kömək edən yumşaq səsinə görə yaddaşlarda qalacaq. Türkiyə demokratiyası çətin günlərini yaşadığı bu vaxtda xalq hər şeydən əvvəl onun ağlı və təcrübəsi üçün darıxacaq. 

Tərcümə Emin

www.brookings.edu/blogs/up-front/posts/2015/06/18-towering-man-turkish-politics-kirisci?cid=00900015020089101US0001-06191

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM