Tez-tez belə müqayisəyə rast gəlirik - bəzi insanlar iddia edirlər ki, əvvəlki Bakı daha təmiz və daha gözəl olub, bəziləri isə bununla razılaşmayıb indiki Bakını əzəmətli hesab edirlər. Birincilərin iddiası bu olub ki, əvvəllər paytaxtın təmizliyinin qayğısına daha çox qalıblar, əsas da hər gün şəhərin küçələri yuyulub, suvarılıb. Hazırda isə bu hallara qətiyyən rast gəlmək mümkün deyil, sadəcə süpürgəçi qadınlar hər səhər saat 5-6 radələrində küçə və prospektləri süpürürlər, vəssəlam!
Dünya praktikası göstərir ki, küçə və prospektlərin təmizlənməsi üçün yeni və müasir texniki avadanlıqlar mövcuddur və onların yardımı ilə daha asan, həm də daha rahat yolla təmizlik işləri görmək olur. Təəssüf ki, belə texnikaya yalnız bəzi obyektlərdə - məsələn, aeroportlarda, iri avtovağzallarda rast gəlmək mümkündür.
ANN.TV-nin çəkiliş qrupu Bakı küçələrinin təmizlənməsi və yuyulması qaydalarına dair araşdırma aparıb. Süpürgəçi qadınlar, şəhər sakinləri, ekspert Rahab Qazıyev mövzu ilə bağlı fikirlərini açıqlayıblar.
Hazırlanan video-süjeti oxuculara təqdim edirik
Müəllif: Aynur Məmmədova
Bizi sosial şəbəkələrdə izləyin !