Çimərlik mövsümü ilə əlaqədar Bakı və Abşeron yarımadasındakı çimərliklərdə aparılan monitorinqin nəticələri açıqlanıb. Yenə də ənənəvi olaraq, 3 çimərlik istisna olmaqla, bütün çimərliklərdə çimməyə icazə verilib.
Bəzi çimərliklərdə çirkab sularını təmizləmək üçün qurğular olmadığından, bu sular birbaşa dənizə axıdılır. Nəticədə isə həmin ərazilərdə çimmək insan səhhəti üçün təhlükə yaradır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, həmin çimərliklərin təhlükəli olduğu haqda lazımı qurumlara məlumat verilib.
Apardığımız müşahidələr isə onu göstərir ki, həmin çimərliklərin insan sağlamlığı üçün təhlükəli olduğunun fərqinə varmayan insanlar bu ərazilərə istirahət etməyə gəlirlər, lazımı qurumlar isə çimərliklərdə qoyulan qadağaya nəzarət etmirlər. Onu da xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri ancaq çimməyə icazə verilən çimərliklərdə fəaliyyət göstərirlər. Buna görə qadağan olunmuş çimərliklərdə batma riski də digərlərindən yüksəkdir.
Hazırladığımız reportajı təqdim edirik.
Babək Mirzəzadə
Şahpəri Abbasova
Bizi sosial şəbəkələrdə izləyin !