Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 97 il keçir.
Azərbaycan Xalq Cumhuriyyətinin yaranması təkcə ölkəmizin deyil, bütövlükdə Şərqin tarixində böyük bir yenilik idi. ADR türk-islam dünyasında ilk demokratik, hüquqi, dünyəvi respublika nümunəsi idi.
Sonralar ölkəmizin ayrıca sovet respublika kimi sovetləşməsində 1918-ci il müstəqilliyinin böyük rolu oldu. Həmin dövrdə Azərbaycan müstəqillik qazanmasaydı, xalqımızın taleyi necə olardı? Bu sual tez-tez gündəmə gəlir və müzakirə mövzusuna çevrilir. ANN TV də bu məsələ barəsində reportaj hazırlamaq və tarixçi ekspert Kamran Əsədovla söhbətləşmək qərarına gəldi. Həmin materialı sizlərə təqdim edirik.
Müəllif: Babək Mirzəzadə
Operator: Rasim Əliyev
Bizi sosial şəbəkələrdə izləyin !