OBYEKTİVDƏ: İnsanların kamera qorxusu - ANN.TV

09:30 | 27.06.2015
OBYEKTİVDƏ: İnsanların kamera qorxusu - ANN.TV

OBYEKTİVDƏ: İnsanların kamera qorxusu - ANN.TV

Fobiya - təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Müxtəlif fobiya növləri var. Onlardan biri də ictimai yerlərdə danışmaqdır - qolossofobiya. İctimai yerdə danışmaq da bir neçə yerə bölünür və bunlardan biri də kameralara danışmaqdır. 

Adətən belə hallarla tez-tez rast gəlirik - küçədə hansısa TV-nin əməkdaşı sorğu keçirir və adi vətəndaşlara yaxınlaşaraq onlara sual vermək istədiklərini bildirirlər. Əksər hallarda vətəndaşlar kameradan qaçır, nəinki sorğuda iştirak etmək istəmədiyini bildirir, hətta kamera qarşısına çıxmaq istəmir. Bəzən isə cürətlənib danışmaq istəyən şəxs kamera qarşısında həyəcanlanır, tərləyir, danışığında caşğınlıq hiss olunur. 

ANN.TV-nin əməkdaşları insanların nə üçün kameradan qorxduğunu araşdırmağa çalışıblar. Ən əvvəl buna kamera qarşısında dayana bilən paytaxt sakinləri cavab verib, daha sonra ekspert qismində Tofiq Abbasov məsələyə aydınlıq gətirməyə çalışıb. 

Həmin video-süjeti oxuculara təqdim edirik.

Müəlliflər: Zülfiyyə Səfxanova
Rusif Hüseynov

 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb