OBYEKTİVDƏ: Təhlükəli Bakı - ANN.TV

14:25 | 23.01.2015
OBYEKTİVDƏ: Təhlükəli Bakı - ANN.TV

OBYEKTİVDƏ: Təhlükəli Bakı - ANN.TV

Rubrikamızın bugünkü mövzusu paytaxt küçələrində avtomobillərin qanunsuz saxlanılmasına, sürücü və piyadaların keçidi üçün narahatlıq yaradılmasına, eləcə də kommunikasiya xətlərinin qazılaraq təhlükəli xəndəklərin ciddi fəsadlar törətməsinə həsr olunub.
 
Səki (фрansızca "trottoir" , rusca "tротуа́р" - "addımlamaq üçün yer" mənasını daşıyır - red.) insanların gəliş-gedişi üşün nəzərdə tutulan və şosselərə, asfalt yollara paralel çəkilən yollara deyilir.

Küçələrin enindən asılı olaraq bəzi yerlərdə bir az dar, bəzi yerlərdə bir az geniş olan səkilər piyadaların yol boyu təhlükəsiz hərəkət etməsinin təminatıdır. Nəqliyyat vasitələri yalnız müvafiq nişanlar göstərilən yerdə səkidə saxlanıla bilər. Amma bu şərtlə ki, həmin yerlərdə yenə də piyadaların gediş-gəlişinə avtomobillərin dayanması maneçilik törətməsin. Qanunlarda və dünya praktikasında da belədir.

Bəs biz doğma şəhərin küçələrində nə görürük? Hansı durumla qarşılaşırıq? Paytaxt küçələrində aparılan müşahidələr göstərir ki, piyadaların səkilərdən normal istifadə eləməsi, praktiki olaraq mümkün deyil: nişan olmadığı halda avtomobillər səkidə saxlanılır, bu zaman avtomobil səkinin ya yarısını, ya da bütöv hissəsini tutur ki, piyadalar asfalt yola çıxıb yollarını davam etdirmək məcburiyyətində qalırlar.

Bəzi səkilərdə isə kommunikasiya xətlərinini təmiri adı ilə iri xəndəklər qazılıb, ya bu təmir işləri həftələrlə davam edir, ya da təmir bitdikdən sonra xəndəklər ala-yarımçıq ört-basdır edilir, qazılan yer yaxşı asfaltlanmır və nəticədə yağış-qar yağanda həmin ərazi palçığa çevrilir.

Bu problemi necə həll etməli? Bunun həll olunması kimin səlahiyyətlərinə daxildir? Paytaxt sakinlərinin bunula bağlı nə düşündüyünü bilmək istədik.

ANN.Az əməkdaşlarının hazırladığı video-süjeti diqqətinizə təqdim edirik:
 
 
Müəllif: Aynur Məmmədova
Operator: Rasim Əliyev
ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM