Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.
"Report" xəbər verir ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !