Ofelya Zeynalova vəfat etdi - FOTO

16:56 | 21.08.2019
Ofelya Zeynalova vəfat etdi - FOTO

Ofelya Zeynalova vəfat etdi - FOTO

Tanınmış azərbaycanlı alim vəfat edib.

Anews.az xəbər verir ki, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin "Qeyri-ənənəvi sulardan istifadə" laboratoriyasının müdiri, aqrar elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası komissiyasının aqrar və ekologiya elmi sahələri üzrə ekspert komissiyasının üzvü Ofelya Adil qızı Zeynalova dünən vəfat edib.

81 yaşlı alim xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Ofelya Zeynalovanın yaradıcılığı Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş və onun Azərbaycanda Meliorasiya və Su Təsərrüfatının inkişafındakı xidmətlərini nəzərə alaraq 05 iyun 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. 2017-2019 illərində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası komissiyasının aqrar və ekologiya elmi sahələri üzrə ekspert komissiyasının üzvü olub.


Allah rəhmət eləsin! (publika.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM