"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.ru” saytına istinadən bildirir ki, söhbət "Nao” adlı robot modelindən gedir. "Aldebaran Robotics” şirkəti tərəfindən hazırlanmış bu kiçik insana bənzər robotlar yapon bankının müştərilərini salamlaya və valyuta mübadiləsi, pulköçürmələri, bankomatlara giriş, həmçinin əmanət qoyuluşu məsələləri üzrə onlara məsləhət verə bilər.
Adıçəkilən bankın nümayəndələrinin bəyanatına görə, robot 19 müxtəlif dildə danışa bilir və həmsöhbətin sifətinin ifadəsinə görə onun emosiyalarını müəyyənləşdirə bilər.
"The Bank of Tokyo-Mitsubishi UFJ” bankının şöbələrində işləmək üçün nəzərdə tutulmuş "Nao” robotları hələ təkmilləşdirilir. Gözləntilərə görə, birinci qrup robotlar apreldə iş başına keçəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !