Ohanyan: Avropa Oyunlarından sonra Qarabağda vəziyyət kəskinləşəcək

22:51 | 29.06.2015
Ohanyan: Avropa Oyunlarından sonra Qarabağda vəziyyət kəskinləşəcək

Ohanyan: Avropa Oyunlarından sonra Qarabağda vəziyyət kəskinləşəcək

Ermənistanlı nazir Naxçıvanda bir sıra açıqlama verib.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Qarabağda vəziyyətin gərginləşə biləcəyi haqqında açıqlama verib.

ANS PRESS-in məlumatına görə, erməni nazir ölkəsində vəziyyəti Azərbaycanın gərginləşdirəcəyinə inandırmaq istəyir.

"Avropa Oyunları bitəndən sonra Azərbaycan sərhəd ərazilərdə və Qarabağda vəziyyəti kəskinləşdirə bilər. Məncə, Oyunlardan sonra Azərbaycan bu ərazilərdə gərginliyi artıracaq", - deyə Seyran Ohanyan əlavə edib.

Qeyd edək ki, son günlər Ermənistan tərəfi cəbhə xəttində döyüşlərin getdiyini və itkilərin olduğunu bildirirlər.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin bu iddialarına sərt reaksiya verərək bildirmişdi ki, bu məlumatlar dezinformasiya xarakteri daşıyır

"Hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən İrəvanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır".

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM