Ermənistan-Azərbaycan sərhəddində gərginliyin səbəbi Azərbaycanın hərbi-siyasi rəhbərliyində və Silahlı Qüvvələrindədir.Bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan sərhəddə yerləşən müdafiə məntəqələrinin birində keçirilən mətbuat konfransında bildirib, Oxu.Az “Novosti-Armenii”-yə istinadən xəbər verir.Nazir qeyd edib ki, istənilən dövlətin rəhbərliyi vəziyyətin düzgün qiymətləndirilməsinə və düzgün qərar qəbul etmək üçün məsuliyyət daşıyır.“Həm də nəzərə alınmalıdır ki, düzgün qəbul edilməyən qərar uçqun effektini verər və ya bumeranq kimi elə özünə qayıda bilər”, - nazir qeyd edib.Müdafiə idarəsinin rəhbəri vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrinə və “Dağlıq Qarabağ müdafiə ordusu”na cavab atəşi açmaq əmri verilib.“Cavab gözlənilməz və cəzalandırıcı olacaq. Əgər Azərbaycan yaylım atəşinin sayını artırarsa, düşmənin hiss edəcəyi adekvat cavab olacaq”, - Oqanyan bəyan edib.Bununla yanaşı müdafiə naziri xəbərdarlıq edib ki, əgər düşmən yaşayış məntəqələrini atəşə tutmağa davam edərsə erməni tərəfi cavab verməli olacaq:“Ciddi cavab gələcək, amma fərq ondadır ki, biz yaşayış məntəqələrini atəşə tutmayacağıq, onların hərbçiləri zərər görəcək”, - nazir vurğulayıb.Qeyd edək, yaşayış məntəqələrini atəşə tutulması məhz erməni tərəfinin təcrübəsində böyük yer alır. Tovuz rayonunun sərhədyanı əraziləri daima atəşə tutulur. 20 iyunda Tovuz rayonunun dinc əhalinin atəşə tutulması nəticəsində iki qadın və 5 yaşlı uşaq, 27 iyunda isə 30 yaşlı kişi yaralanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !